AB Ukraynanın yeni prezidentini dəstəkləyir

Petro Poroshenko


Avropa Birliyi Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko-ya dəstəyini bir daha bəyan edib. «AB Ukraynanın qanuni yolla seçilmiş liderini dəstəkləyir», Avropa Komissiyasının prezidenti José Manuel Barroso mayın 27-də bəyan edib. Həmin gün AB liderləri Brüsseldə qeyri-rəsmi nahar ediblər.

Liderlər Ukraynada konstitusiya islahatını müzakirə edib, ölkə iqtisadiyyatına maliyyə dəstəyi bildiriblər. Barroso deyib ki, Rusiya qazından asılı olan Ukrayna və Avropanın enerji təhlükəsizliyi üçün “gərgin” iş görüləcək.

Barroso söyləyib ki, AB Ukraynanın “xarici təzyiqə müqavimətini” artırmaq cəhdlərini davam etdirəcək. Hazırda Ukrayna qüvvələri ölkənin şərqində rusiyayönlü separatçılarla savaşır.