​Atəşkəsin sutka ərzində 27 dəfə pozulduğu bildirilir

-
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulub.

Erməni silahlı bölmələri mayın 26 və 27-də gecə Azərbaycanın Qazaxda Qızılhacılı, Ağstafada Köhnəqışlaq, Tovuzda Əlibəyli kəndlərində, Daşkəsəndə adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.