Lissabonda Çempionlar Liqası draması «Real» 4 – «Atletiko» 1

Oyunun 36-cı dəqiqəsində Diega Godin Real Madridin təcrübəli qapıçısı Casilias-ın kobud səhvindən istifadə edib Atletiko-nu hesabda irəli çıxarır

Diega Godin

Atletikonun azarkeşləri "yeddinci səmadadırlar" - onları oyunun əsas vaxtının sonuncu dəqiqələrində Realın müdafiəçisi Sergio Ramos yerə endirəcək. 

Real Madridin hücumçusu Gareth Bale bir neçə əlverişli vəziyyətlərdə qol vurmaq imkanlarını qaçırdı

Stadiona düşə bilməyən Real Madrid azarkeşləri oyunu həyəcanla izləyirlər. Vaxt keçir, lakin Real-ın futbol ulduzları hesabı bərabərləşdirə bilmirlər. Oyunun son dəqiqələridir, Real Çempionlar liqası kubokunu növbəti dəfə əldən qaçırmaq üzrədir

Realın məşqçisi Carlo Ancelotti

Real Madridin hücumcusu Cristiano Ronaldo bir növ öz meydanında - Portuqaliyada oynayır. Lakin bu gün onun günü deyil 

Real Madridin daha bir ulduzu və çoxlarının ümidi Gareth Bale-in (mərkəzdə) növbəti uğursuz hesabı bərbaərləşdirmək cəhdi

Oyunun son dəqiqələrində.. sonuncu hesabı bərabərləşdirmək cəhdi, sonuncu küncdən zərbə və ..Sergio Ramos nəhayət cavab qolu vurur. 

Ulduzlar komandası olan Real-da belədir. Bir ulduz parıldamayanda həmişə başqası tapılır. Segio Ramos-un ulduz dəqiqələri, öz komandasının qələbəyə ümudini geri qaytarır. İndi əlavə vaxt və ola bilər 11 metrlik cərimə zərbələri yarışması olacaq

Realın azarkeşləri 50 dəqiqəlik "cəhənnəmdən" qurtulmaöa sevinirlər. Oyunun 36-cıdan 90-cı dəqiqəsinədək top Atletikonun qapısına girməkdən imtina edirdi.

Gareth Bale yenidən stadionu partladır. Əlavə vaxtın sonuna dəqiqələr qalmış Real-ı hesabda irəli çıxarır. Real Madrid 2 - Atletiko Madird 1

Realın hücumçusu Marcelonun zərbəsindən sonra Atletikonun qapıçısı Thibaut Courtois-un qapıya girən topu seyr etməkdən başqa əlindən heç nə gəlmir. Atletikonun müdafiəsi buz kimi çat verındən sonra parça-parça olur. Real 3 - Atletiko 1

Meydana oyunun 2-ci hissəsində çıxan Marcelo Realın məşqçisi Ancelottinin etimadını həlledici qolla doğruldur. Oyunun taleyi həll olunur

Diego Godin Cristiano Ronaldo-nu yixandan sonra Atletikonun sonuncu ümidləri puça çıxır. Bir neçə saniyədən sonra Ronaldo 11 metrədən sonuncu qolu Atletikonun qapısına vurur - 4-1

Oyunun sonunda kiçik bir insident yaşandı. Atletiko-nun məşqçisi Diego Simeone Real-ın oyunçusu Raphael Varane-la dartışma səhnəsində 

Çempionlar Liqası Kubokuna 2014-cü ildə Real Madridin adı yazılır. 


"Kim qələbəyə layiq idi" müzakirəsini açmaq istəyənlərə bir qədər oyun statistika
Real- Atletiko rəqəmlər nisbəti belə idi
Topa nəzarət oyunun 63 faizi – 38 faizə
Qapıya sarı zərbələr 20 – 11
Qapıdan yan keçən zərbələr 11 – 9
Küncdən zərbələr 9 – 9
Top ötürmələri 664 – 390
Dəqiq ötürmələr 557 – 261
Offsayd 0 – 4 

Real Madrid azarkeşlərini təbrik edirik.