Baş nazir ev dustağı edildi

Yingluck Shinawatra

Tailandda hərbi çevriliş etmiş hərbçilər baş nazir Yingluck Shinawatra-nı bir neçə ailə üzvü ilə birgə saxlayıblar.

O ev dustağı edilib.

Cümə axşamı çevriliş etmiş ordu ölkə ərazisində komendant saatı elan edib və Konstitusiyanı qüvvədən salıb.

Yaradılan hərbi hökumət bildirir ki, məqsədi ölkədə siyasi didişmələrə son qoymaq və qayda-qanunu bərpa etməkdir.