Donetskdə separatçıların gecə hücumlarında ordunun 13 əsgəri ölüb

Separatçıların snayperi . Slavyansk, 22 may

Separatçıların snayperi . Slavyansk, 22 may

Ukraynanın prezidenti vəzifəsini icra edən Oleksandr Turchinovun sözçüsü deyib ki, Donetsk regionunda separtçıların mayın 22-nə keçən gecəki hücumlarında Ukrayna ordusunun 13 əsgəri ölüb.

Ukrayna ordusunun 6 həftədir ki, başladığı anti-terror əməliyyatı dövründə bu gecəki hücumlar ən qanlı hücumlardır.

Ukrayna ordusunun bir əsgəri isə Luhanskda həlak olub.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk vəziyyəti qızışdırmaqda Rusiyanı ittiham edib.