“Azərbaycan argentinalıların gözü ilə” necə görünür?

Azerbaijan -- Instagram exhibition #Magnebition, 12May2014

-
Mayın 22-də “Baku Creative Center”də “Azərbaycan argentinalıların gözü ilə” adlı fotosərginin açılış mərasimi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, “Baku Creative Center”ə istinadən yaydığı xəbərə görə, sərgi Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə Azərbaycanda yaşayan həvəskar argentinalı fotoqraflar - Marta de Quesada, Marina Salati, Raul Poggi, Tomas Gerbasio tərəfindən çəkilmiş fotolar nümayiş olunacaq.

Fotolar əsasən ölkənin müxtəlif regionlarında və paytaxtda çəkilib.

Sərgi mayın 25-dək davam edəcək.