Medala namizəd şagirdlər üçün son gün

Mayın 20-də yerli təhsil şöbələrinin medala namizəd şagirdlər barədə məlumatı Təhsil Nazirliyinə təqdim etməsi üçün sonuncu gündür.

Təhsil Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, qızıl və ya gümüş medalçıların adları ali məktəblərə buraxılış imtahanlarından sonra açıqlanacaq.

Nazirlik bildirir ki, medal almış şagird üçün heç bir imtiyaz nəzərdə tutulmur.