Yerevanda tapança ilə ətrafa atəş açıb, 5 nəfəri yaralayan həbs olunub

Hadisənin baş verdiyi yer

Yerevanda ətrafa atəş açan şəxs saxlanılıb. Daxili işlər nazirliyinin məlumatına görə, həmin şəxs mayın 18-də həbs olunub. Tutulan şəxsin adı isə qısaca Gor.A. kimi göstərilir.

DİN-in məlumatına görə, həmin şəxs Makarov tapançası ilə ətrafa atəş açaraq, 5 adamı yaralayıb. Hadisə Yerevaın ətrafında, alış-veriş olan yerdə baş verib.

Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, Gor.A. əslində Gor Arakeliandır. 29 yaşlı Gor Arakelian “Çiçəklənən Ermənistan” partiyasından millət vəkili Karo Karapetianın kürəkənidir.