Qara dəniz incilərindən - Batumi

Gürcüstanın ən önəmli Qara dəniz liman şəhərlərindən biri və Acarıstan Muxtar Respublikasının paytaxtı olan Batumi həm də ölkənin əhəmiyyətli turizm şəhərlərindən sayılır. Türkiyə ilə sərhəd olan Sarpi sərhəd keçid məntəqəsindən 12 km uzaqlıqda yerləşən bu şəhərin əsas ziyarətçilərini də cənubi qafqaz və türkiyədən olan turistlər təşkil edir.

180.000 əhalinin yaşadığı bu şəhərə yay aylarında 400.000-ə qədər insan axın edir.

180.000 əhalinin yaşadığı bu şəhərə yay aylarında 400.000-ə qədər insan axın edir.

Batumi limanı.

Batumi limanı mərkəzi asiya ölkələrindən neft və qazın avropaya daşınması üçün ən əmliəhəmiyyət kəsb edən yerlərdəndir. Ortalama olaraq hər gün 7-8 nəhəng gəmi bu limandan keçir.

Turistlər arasında kazinolarının sayına görə “Qafqazın Las Vegası” olaraq da tanınan bu şəhər son illərdə sürətli inkişafı ilə diqqət çəkir. Şəhərdə çox kiçik məbləbləğlə oynayabiləcəyiniz xırda kazinolardan tutmuş Sheraton kimi böyük otellərin kazinolarına qədər bir çox seçim var.

Bu kazinolar insanları cəlb etmək üçün müxtəlif pulsuz şou proqramlar, canlı musiqi gecələri və s. keçirməklə bərabər şəhərin demək olarki, hər yerində öz reklamlarını ıyerləşdirirlər.

Şəhərdə müasir dizaynlı hündür bərtəbəli binalarla yanaşı əsrlər öncəyə aid əzəmətli tarixi binalar da qorunub saxlanılır. Şəhərdə yerləşən tarixi binalardan biri “Bakirə Məryəm kilsəsi”dir. Kilsə 1898-1903-cü illərdə katolik kilsəsi kimi tikilsə də daha sonardan ortodoks provaslav kilsəsi kimi fəaliyyətini davam etdirib.

Rusiyanın Acarıstanı anneksiyasından sonar buraya bir çox millətdən olan katoliklər köçürülür. Həmin vaxtlar Batumidə katoliklər üçün heç bir ibadət yeri olmadığına görə onlar kilsə tikmə küçün dövlətə müraciət edirlər. Ancaq kilsənin tikintisi üçün vəsaiti Inanclı insanlar öz aralarında toplayırlar. Daha sonar isə Gürcü neftzənginlərindən Stefan Zubalashvili kilsənin tikintisi üçün vəsait ayırıb.

Batumi bulvarı Batuminin ən qədim yerlərindəndir. Tikilişi 1881-ci ildə başlanan bulvarın günümüzdəki uzunluğu 7 kilometrdir.

Dənizkənarı park boyunca gəzdikcə siz müxtəlif gözoxşayan heykəllərə rast gəlirsiniz.

Dənizkənarı park boyunca gəzdikcə siz müxtəlif gözoxşayan heykəllərə rast gəlirsiniz.

Batumi bulvarının üstün cəhətlərindən biri də budur ki, bütün bulvar boyu velosiped yolları çəkilib. Siz velosipedləri şəhərin bir çox yerlərində quraşdırılmış dayanacaqlardan icarəyə də götürə bilərsiniz, öz velosipedinizlə də şəhəri gəzə bilərsiniz.

Bulvarın sonunda artıq liman başlayır. Bu da gəmilərə yol göstərmək üçün istifadə olunan mayak. Şəhərə hündürdən baxmaq istəsəniz 3 lari qarşılığında çərxi-fələkdə 10 dəqiqəlik bir tur keçirə bilərsiniz.

Bulvarın sonunda yerləşən nəhəng Əli və Nino heykəlinin havadan görüntüsü.

6 May parkı da Batuminin görməli yerlərindəndir.

Gölün ətrafında yaşıllıqla əhatələnmiş bu parkda heç kim sizə otun üstündə uzanmağı qadağan etmir, insanlar çox rahat şəkildə istədikləri kimi istirahət edirlər.

Gölün ətrafında yaşıllıqla əhatələnmiş bu parkda heç kim sizə otun üstündə uzanmağı qadağan etmir, insanlar çox rahat şəkildə istədikləri kimi istirahət edirlər.

Batumidə olan qəribə fontanlardan biri. Havadan asılı duran bu daş turistlərin fotosunu çəkməyi çox sevdiyi abidələrdəndir.

Çox hissəsi yaşıllıqla əhatələnmiş şəhərin yuxarı hissəsinə qalxmaq üçün belə dar serpantinlər var.

Bundan başqa şəhərin ən yüksək yerinə qalxmaq üçün 2012-ci ildən etibarən kanat fəaliyyət göstərir. Cəmi 3 lari qarşılığında siz şəhərin bütün gözəlliklərini quş baxışı olaraq görə bilərsiniz. Bu da həmin kanatdan çəkilmiş bir foto.

Batumi küçələrinin ümumi görüntüsü.

Batumi küçələrinin ümumi görüntüsü.