18 May: Simferopol üzərində hərbi vertolyotlar uçur

Sizin brauzer HTML5-i dəstəkləmir

Mayın 18-də səhər saat 8-dən Simveropol və ona bitişik qəsəbələrin üzərində hərbi vertolyotlar uçur. Bu gün Krım tatarları Stalin rejimi tərəfindən sürgün olunmalarının 70 illiyini qeyd edir. Mayın 16-da Krım "hökuməti" iyunun 6-dək hər hansı kütləvi tədbirin keçirilməsini qadağan edib. Ötən gün Krım tatarlarının Məclisi mərkəzi Lenin meydanında mitinq keçirmək planını təxirə salıb.