Bakıda parkinqlərdə fiziki əngəllilərin avtomobil saxlaması pulsuz olacaq

Bakıda yaradılan yeni avtomobil duracaqları - parkinqlərdə fiziki əngəllilərin avtomobil saxlaması pulsuz olacaq.

Paytaxtda parkinqlərin yaradılması ilə məşğul olan Bakı Şəhəri İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev fins.az-a bildirib ki, bu imtiyaz yalnız 1-ci qrup əlillərə tanınacaq:

«Bunun üçün həmin şəxslər müvafiq sənədləri təqdim etməklə XTAİ-nə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Onlara xüsusi kart veriləcək və bu kartlar avtomobilin şüşəsinə bərkidiləcək».

Nəticədə parkinqə nəzarət edən şəxslər bu avtomobilin fiziki əngəlli şəxsə məxsus olduğunu biləcəklər.