Prezident Milli Konservatoriyaya 1 milyon manat ayırdı

-

Prezident Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam verib.

Sərəncamda bu məqsədlə Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 1 milyon manat ayrılması nəzərdə tutulub.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.