11 sentyabr muzeyi açılır

11 sentyabr muzeyinin tikintisi,

Mayın 15-də ABŞ-da 11 sentyabr qurbanlarının xatirəsinə tikilən muzeyin açılışı olacaq.

Açılışda prezident Obamanın da iştirak edəcək. Muzeyə 700 milyon dollar xərclənib.

13 il qabaq Nyu-Yorkda radikal islamçılar tərəfindən törədilən terror aktlarında 3 minəcən insan həlak olub.

Bəzi müsəlman qurumları muzeydə nümayiş etdirilən filmlə bağlı narahatlıqlarını bildiriblər. Onlar iddia edirlər ki, filmdə terrorçularla İslam dininə tapınan adi insanlar arasında dəqiq sərhəd çəkilmir.