Ermənistan Dağlıq Qarabağ şərtini qəbul etmir

Ermənistanda Gömrük İttifaqına qoşulmaq leyhinə etirazlar, 2 dekabr 2013

Ermənistan bir daha təkrar edib ki, Gömrük İttifaqına qəbul ediləndən sonra öz ərazisi ilə Dağlıq Qarabağ arasında gömrük postları qoymaq və DQ-dən gələn mallardan gömrük rüsumu tutmaq niyyətində deyil.

Rusiya, Belorus və Qazaxıstanın daxil olduğu Gömrük İttifaqında Dağlıq Qarabağla bağlı məsələni Qazaxıstan prezidenti Nursultan Nazarbayev qaldırıb.

Bildirib ki, tanınmamış Dağlıq Qarabağ ittifaqın bir hissəsi ola bilməz.

Ermənistanın ittifaqa qəbulu ötən ay reallaşmalı idi, amma məsələ uzanır. Yubanmanın DQ şərti ilə bağlı olub-olmadığı açıqlanmır.