“Oscar” mükafatlı rejissor intihar edib

Guardian

-

Əlcəzair əsilli İsveç rejissoru Malik Benjelloul-un meyiti Stokholmdakı evində tapılıb.

O, ötən il “Searching For Sugar Man” sənədli filminə görə “Oscar” qazanmışdı.

Film vaxtilə məşhur olan, amma qəfildən yoxa çıxan Amerika müğənnisi Sixto Rodrigez-in taleyindən bəhs edir.

36 yaşlı rejissorun qardaşı İsveç mətbuatına deyib ki, o, axır vaxtlar depressiyada idi və güman ki, özünə qəsd edib.

Polis hələ ki intihar faktını təsdiqləməyib, amma bildirib ki, bu, qətl deyil.