Keçmiş kansler Schroeder Putinlə görüşünü müdafiə edir

Schroederin yubileyi

Almaniyanın keçmiş kanslrei Gerhard Schroeder Rusiya prezidenti Vladimir Putinlə görüşməyini müdafiə edir. Almaniyada kəskin tənqid olunan bu görüş barədə keçmiş kansler bildirir ki, onun Putinlə məhz bu görüşü Ukryanın şərqində tutulan ATƏT müşahidəçilərini buraxdırmağa imkan verdi.

2005-ci ildə kansler vəzifəsindən gedən Schroeder hazırda Rusiyanın başçılıq etdiyi Şimal Axını qaz layihəsi konsorsiumunun rəhbəridir.

Aprelin 28-də Schroederin 70 illiyində onun Putinlə şəkilləri Almaniyada kəskin narazılıq doğurdu.