Prezident İlham Əliyev Gül bayramına qatılıb

-
Mayın 10-da Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə Bakıda, onun adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilib.

apa-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olublar.

Prezident və ailə üzvləri H. Əliyevin abidəsini ziyarət edib, güllərlə bəzədilmiş parkı gəziblər.