Berlusconi xəstəxanada xidmətçiliyə başladı

Silvio Berlusconi

Ahıllar evində ictimai xidmətçiliyə məhkum olunmuş İtaliyanın keçmiş baş naziri, milyarder Slvio Berlusconi mayın 9-da cəzasını çəkməyə gəlib.

Berlusconi Milan yaxınlığında Alzheimer xəstələri olan xəstəxanada, məhkəmə qəraraına görə, həftədə 4 saat olmaqla bir il işləməlidir.

Bu gün işə cangüdənləri və sürücüsü ilə gələn Berlusconi xəstəxanada xidmətçiliyə pis baxmır.

Berlusconi xəstəxanaya daxil olur



O deyib ki, bu xidmətçilik işi dünyada geniş yayılmış və ictimai problemə çevrilən Alzheimer xəstələyi ilə yaxından tanış olmağa imkan verəcək.

Berlusconi xəstələrə xidmətçiliklə öz mərhum anası Roza Berlusconinin xatirəsini də yad etmək istədiyini bildirir.

Vergi fırıldağında ittiham olunan Berlusconi məhkəmə qərarı ilə parlamentdən də çıxarıldı. O seçkili vəzifələr tuta bilməz.