Sarkisian Qarabağa gəlib

Serzh Sarkisian

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa gəlib.

ANS PRESS-in məlumatına görə, Sarkisyan Şuşa şəhərində faşizm üzərində qələbənin 69-cu ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edir.

Serj Sarkisyan həmçinin separatçı Qarabağda hərbi birləşmələr yaradılmasına həsr edilmiş tədbirlərə qatılıb, Xankəndi şəhərində separatçıların lideri Bako Saakyanla görüşüb.