Putin Şərqi Ukraynaya müraciət edir ki, 11 may referendumunu geri çəksinlər

Putin və Didier Burkhalter

Rusiya prezidenti Putin Şərqi Ukraynada federasiya tərəfdarlarına müraciət edib ki, mayın 11-nə təyin olunan referendumu geri çəksinlər.

Putin bunu ATƏT-ə sədrlik edən İsveçrə prezidenti D.Burkhalter ilə danışıqların yekunu olaraq keçirilən mətbuat konfransında jurnalistlərə deyib.

Bununla belə, Putin referendumun vaxtının geri çəkilməsini referenduma şərait yaradılması zərurəti ilə izah edir.