Britaniyanın xarici işlər naziri Ukraynada səfərdədir

William Hague

-
Britaniyanın xarici işlər naziri William Hague iki gündür Ukraynada səfərdədir.

O özü bu səfərini “müstəqil demokratik ölkəyə” dəstək nümayişi adlandırıb.

Hague Kiyevi korrupsiyanın talan etdiyi iqtisadiyyata sahib olmaqdansa, xalqın öz həyatlarını özlərinin qura bilməsi üçün islahatlar aparmağa çağırıb.

Britaniyalı nazir mayın 25-nə təyin olunmuş prezident seçkiləri ilə bağlı 3 əsas namizədlə görüşüb. Onların Ukraynanın uğurlu, müstəqil, vahid və suveren dövlət kimi gələcəyini necə təmin edəcəkləri ilə bağlı planlarını dinləyəcəyini bildirib.

Hague deyib ki, Rusiya Ukraynada qeyri-sabitlik yaratmaq, zorakılığa sürükləmək və seçkilərin baş tutmamasına nail olmaq üçün çox böyük cəhdlər göstərir.

Hague mayın 7-də Gürcüstana getməyi planlaşdırır.


UKRAYNA BÖHRANI İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏR