BVF-nun fikrincə, Qafqazın və Orta Asiyanın iqtisadi artım sürəti azalacaq

Beynəlxalq Valyuta Fondunun yeni proqnozuna görə, Qafqaz və Orta Asiya regionunda iqtisadi artım azalacaq, ancaq yenə də yüksək - 6 faiz həddində olacaq.

Regionda azalmaya səbəb regionun Rusiya, Çin və Türkiyə kimi iqtisadi tərəfdaşlarında iqtisadi artımın azalması olacaq. Bu da ixraca, investisiyalara, evə göndərilən pula təsir edəcək.

BVF bu il Azərbaycanda 5 faiz, gələn il 4,6 faiz iqtisadi artım gözləyir.