Odessa faciəsinin istintaqında əcnəbi ekspertlər də iştirak edir

Mayın 2-də Odessada baş verən hadisələrin istintaqında əcnəbi ekspertlər də iştirak edir.

Bu haqda Ukraynanın xarici işlər naziri Arsen Avakov məlumat verib.

Nazir bildirib ki, araşdırmaların nəticələri bu günlərdə açıqlanacaq.

Mayın 2-də Odessada baş verən qarşıdurmalar zamanı 46 nəfər həlak olub. Medianın məlumatına görə, 48 adam itkin düşüb.