860-a yaxın əlilə avtomobil veriləcək

Böyük Vətən müharibəsi əlilinə verilən avtomobil

-

«2014-cü ilin 1 yanvar tarixinə qədər növbədə dayanmış 858 nəfər Böyük Vətən müharibəsi əlili və onlarla bərabər tutulan şəxsin xüsusi minik avtomobilləri ilə təmin olunmasına iyun ayında başlanılacaq».

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirliyin saytının məlumatına görə, müharibə əlillərinin avtomobillə tam təminatı üç ay ərzində, avqustun sonunadək başa çatdırılacaq.