AMEA-nın Mərkəzi Kitabxanasının yeni binası açılış

-
Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olub. Bu barədə AzərTAc məlumat yayıb.

Məlumata görə, mərasimdə prezident İlham Əliyev də iştirak edib. AMEA-nın prezidenti Akif Əlizadənin verdiyi məlumta görə, 1000-dən artıq oxucunun eyni vaxtda elektron və çap məhsullarından istifadə edə biləcəyi kitabxanada 5 milyona yaxın kitab saxlanılacaq.