Rusiya Ukrayndakı prezident seçkilərini "absurd" adlandır

-
Odessada baş verənlər Ukraynada fevraldan bəri ən qanlı hadisə sayılır. Fevralda Kiyevdə indi artıq devrilmiş prezident Viktor Yanukovych əleyhinə etirazlarda 80-dən çox adam ölmüşdü.

Rusiya hökumətinin sözçüsü deyib ki, indi Ukraynanın mayın 25-də prezident seçkisi keçirməsi “absurd” olardı.

ABŞ Dövlət Katibi John Kerry Rusiyanın xarici işlər naziri Sergei Lavrovla telefon söhbətində vurğulayıb ki, Rusiya separatçıları dəstəkləməyə davam etsə, daha çox sanksiya ilə üzləşə bilər.

Azadlığa buraxılmış ATƏT müşahidəçilərindən biri, çex müşahidəçi Josef Prerovsky televiziya müxbirlərinə deyib ki, onlar əsirliyin ilk saatlarını zirzəmidə əlləri və gözləri bağlı keçiriblər.

UKRYANA HADİSƏLƏRİNİ BİZİM CANLI BLOQDA İZLƏ