Qars, Sarıqamış - tarixin izlərini yaşadan şəhər

Qars Türkiyənin şərqində dəniz səviyyəsindən ən hündür əyalətidir. Uzun illər Çar Rusiyası tərkibində olması ilə yanaşı tarixin ən dəhşətli hərbi faicələrindən biri "Sarıqamış faicəsi"-nin də yaşandığı yerdir.

Bu ərazi Birinci Dünya Müharibəsi ərəfəsində üz-üzə gələn Osmanlı və Çar Rusiyası qoşunlarının ən qızğın döyüş meydanı olub. 1915-ci ilin dekabrın son günlərində Çar qoşunlarını mühasirəyə salmaq üçün gözlənilmədən hücuma keçən Osmanlı qoşunlarının böyük bir hissəsi bu görünən "Allahu Əkbər" dağlarında donaraq ölmüşdülər.

Rəsmi məlumatlara görə bu dağlarda hücum zamanı 60 min Osmanlı əsgəri donaraq ölmüşdü. Müharibə şəraitində güllə atmadan bu qədər insanın ölümü “Sarıqamış faciəsi” adlandırılır.

Sarıqamışda əkindən qayıdan kəndlilər.

Qars uzun illər Çar Rusiyası işğalı altında olduğu üçün burada rus əl işlərinə və tikililərinə rast gəlmək olar. Onlardan biri Qarsın Sarıqamış qəsəbəsindəki “Yekatrina sarayı” kimi tanınan taxta saraydır.

1896-cı ildə Sarıqamışın dağlıq hissəsində Çar II Nikolay tərəfindən tikdirilmiş bu saray yerli xalq tərəfindən “Katerina (Yekatrina) sarayı” adlansa da əslində buranı II Nikolay xəstə oğlu Aleksandr üçün reabilitasiya mərkəzi olaraq saldırmışdı.

Tikilişində mıxdan istifadə olunmadan sadəcə odun materiallardan hazırlanan bu saray sonralar xəstəxana, saray və s. məqsədlərlə istifadə olunsa da zamanında Çarın ov zamanı gecələmək üçün istifadə etdiyi məkan idi.

120 ilə yaxın vaxt keçməsinə baxmayaraq saray hələ də ayaq üstdə dayana bilir. Amma indiki halı acınacaqlıdır.

İllərdir bu saray qəsəbəyə gələn turistlərə vəyerli sakinlərə qapılarını açsa da, onlar sarayın bir çox hissəsində öz izlərini buraxıblar.

Taxta sarayın indiki halı bu cürdür.

Taxta sarayın indiki halı bu cürdür.

Bir çoxları sarayın bəzi otaqlarını tualet kimi də istifadə edir.

Sarayın yerləşdiyi yüksəklikdən ətrafdakı yaşayış yerləri rahat görünür.

Saraydan bir az aşağıda daha az təminatlı ailələrin yaşadığı məhəllələr var. Bu məhəllələrin birində yaşlı qadın vaxtını toxuculuqla keçirir.

Biz saraydan qayıdarkən bu məhəllələrdən keçirdik. İki uşağın bizə bağdığınə görüb maşını saxladıq. Uşaqlar pəncərəyə yaxınlaşaraq həm bizə, həm də maşına maraqla baxmağa başladı. Onların üzündəki ifadə yoxsul da olsa uşaq xoşbəxtliklərindən danışırdı.

Sonra isə uşaqlar çoxladı.