Bukowski-nin ən çox sevdiyi əsər Bakıda nəşr olundu

-

Dünyada ən çox sevilən və tənqidçilərin müsbət rəyini qazanmış əsərlərdən biri – Amerika yazıçısı John Fante-nin “Tozdan soruş” romanı Azərbaycanda nəşr olundu.

Böyük Amerika yazarı Charles Bukowski bir gün Fantenin “Tozdan soruş” adlı kitabı ilə tanış olur və “Bir kitab oxudum, həyatım dəyişdi. Fante mənim Tanrım oldu" - deyə yazır.

John Fante Azərbaycanda az tanınsa da, çox maraqlı bir yazıçıdır. Öz həyatından yola çıxaraq yazdığı bir neçə əsəri içində ən məşhuru "Tozdan soruş" romanıdır.

Ədəbiyyata yeni başlayan bir romançının toz-dumanına qarışan çılğın bir eşq romanı...

Kitab “Zero” Nəşriyyatı tərəfindən Çarlz Bukovskinin ön sözü ilə nəşr olunub. Kitabın tərcüməçisi Vurğun Maşiyev, redaktoru Məğrur Əli Poladdır.

“Tozdan soruş”un təqdimatı saat 15:00-da “Zero” Kitab Evində baş tutacaq. (Ünvan: Sabir bağı ilə üzbəüz, İstiqlaliyyət 71)