Türk jurnalist baş naziri təhqir etdiyinə görə həbs olunub

-
Türk jurnalist baş nazir Recep Tayyip Erdogan-ı Twitter-də təhqir etdiyinə görə həbsxanaya göndərilir.

Ankara cinayət məhkəməsi “Taraf” qəzetinin yazarı Onder Aytacha 10 aylıq həbs cəzası kəsib. O, dövlət xadimini, Erdogan-ı təhqir etməkdə ittiham olunub.

Aytach Gulen hərəkatının iştirakçısı olub. O, türk hökumətini qıcıqlandıran tviti 2012-ci ildə yerləşdirib. Erdogan Gulen hərəkatının məktəblərini bağlamaqdan danışanda, 180 min izləyicisi olan Aytach yazıb: “BAĞLAYIN ONLARI, USTAM”. Ustam, Erdogan tərəfdarının liderinə müraciət formasıdır.

Ancaq Aytach “ustam” sözünün sonuna “k” hərfini də əlavə edib ki, bu zaman sözün sonu təhqiramiz məna verib.