Qaya başında tərkidünya olan rahib

Katski monastrı Gürcüstanda yerləşən, dünyada tanınmış ən məşhur monastrlardan biridir. Hətta bu monastr Gürcüstanı tanıtım simvollarından da sayılır.

40 metr hündürlüyündə qayanın başında salınmış bu monastr Gürcüstanın qərbində, İmereti regionunda kiçik Çiatura şəhərinin yaxınlığındadır.

Bu əraziyə Xristianlığın gəlişindən əvvəl yerli əhalinin "Bərəkət Tanrısı simvolu" kimi hesab etdiyi bu qaya yeni dinin gəlişindən sonra da müqəddəsliyini itirmədi. İnsanlar elə düşünürdülər ki, bura Tanrı ilə insanın qovuşduğu yerdir.

VI-VII əsrlərdə insanlar bu qayanın başında kilsə tikərək buranı daha da müqəddəsləşdirdilər. Və bura insanların ibadət yerlərindən birinə çevrildi. Osmanlı İmperiyasının müdaxiləsinə qədər yerli əhali ibadət üçün bura üz tuturmuşlar. Sonra Kilsə öz taleyinə buraxıldı və unuduldu.

1944-cü ildə alpinist Aleksandr Caparidze yazıçı Levan Qotua ilə birgə qayaya dırmaşaraq burada nə zamanlarsa ibadətgah olduğunu müəyyən etdilər. Həmin vaxtda yerli xristianlar buranı ziyarət etməyə başladılar.

Sovetlərin çöküşündən sonra rahib Maksim Kavtaradzenin təşəbbüsü ilə qaya üzərində kilsə yenidən bərpa edildi. Və buranı Kavtaradze monastra çevirərək özü üçün sığınacaq etdi. O zamandan bəri bura Müqəddəs Maksim Monastrı adlanır.

60 yaşlı gürcü rahib Maksim artıq 20 ildir ki, bu qaya üzərində yerləşən monastrda dünyadan təcrid olunaraq yaşayır.

60 yaşlı gürcü rahib Maksim artıq 20 ildir ki, bu qaya üzərində yerləşən monastrda dünyadan təcrid olunaraq yaşayır.

Maksim deyir ki, burdakı sakitlik mənim Allahı hiss etməyimə kömək edir.

Maksim bütün gününü bu qaya başında, 150 kv m-lik ərazidə keçirir. O, yalnız həftədə bir və ya iki dəfə qayadan yerə enərək ziyarətçilərlə görüşür, onlarla söhbət edir.

Maksim bütün gününü bu qaya başında, 150 kv m-lik ərazidə keçirir. O, yalnız həftədə bir və ya iki dəfə qayadan yerə enərək ziyarətçilərlə görüşür, onlarla söhbət edir.

Rahib Maksim 40 metrlik qayanı bu pilləkənlərlə qalxıb enir.

Onun tərkidünyalılığını yalnız onu görməyə gələn ziyarətçilər pozur. Ona görə də o, həftənin sadəcə bəzi günlərində ziyarətçilərlə görüşür.

Rahib Maksim ətraf kəndlərdə yaşayan insanların gətridiyi azuqə ilə dolanır. Adətən insanlar topladıqları azuqəni ayda bir dəfə iplə qayalıqdakı monastra çatdırırlar.

Rahib Maksim ətraf kəndlərdə yaşayan insanların gətridiyi azuqə ilə dolanır. Adətən insanlar topladıqları azuqəni ayda bir dəfə iplə qayalıqdakı monastra çatdırırlar.

Monastrda ibadətə gəlmiş ziyarətçilər.

Monastrda naməlum məzar.

Dindarlar ibadət yerlərində şam yandırırlar.

Monastrda ibadət otaqlarından biri.

Rahib Maksim həbsxana həyatı yaşadıqdan sonra ibadətə başlayıb. O, gəncliyində narkotik satışı ilə əlaqədar məhbəs həyatı yaşayıb. Gəncliyində içki düşgünü olan Maksim həbsxanada olduğu müddətdə dəyişmək qərarına gəlib.

Rahib Maksim Kavtaradze balaca ziyarətçisini ucağına alıb əzizləyir.

Rahib Maksim bizi qonaqpərvərliklə yaşadığı yerə aparır. Qaldığı evi, ibadət yerini, həyətini bizə göstərir.

Rahib Maksim Kavtaradze.

Rahib Maksim Kavtaradze ilə sağollaşıb qayadan pəlləkənlərlə enirik. Biz qayıdırıq, rahib yenidən tərkidünya həyatına davam edir.