Ukraynanın şərqindən fotoxəbərlər
Ukraynanın şərqində vəziyyət qeyri-müəyyən olaraq qalır. Antiterror əməliyyatı keçirən Ukrayna hökumət qoşunları yollarda postlar qursalar da, yaşayış məntəqlərinə yaraqlılar nəzarət edir. Slavyansk şəhərində bir neçə gün yaraqlılardan təmizləndiyi elan edilən barrikadalar, yenidən separatçıların nəzarətindədir. Ukraynalıların buranı tərk etməsinin səbəbləri məlum deyil
Slavyansk şəhəri yaxınlığında Ukrayna silahlı qüvvələrin nəzarət məntəqəsi. Ukrayna rəsmiləri elan edilər ki, antiterro əməliyyatlarını ancaq yollarda həyata keçirir, dinc sakinlərin həyatını qorumaq üçün separatçıların ələ keçirdiyi inzibati binalara hücum etmək məqsədləri yoxdur. Belə olan halda "özünümüdafiə" dəstələrinin bir çəhərdən digərinə necə maneəsiz gediş-gəlişi sual doğurur
Aprelin 27-də Solavyansk şəhərinin de fakto meri bir gün əvvəl girov götürülmış xaricilərlə birlikdə mətbuat konfransı keçirərək, girovlara qarşı heç bir təzyiq olmadığını bildirdi və onların əks tərəfin həbs etdiyi separatçılarla dəyişmək istədiklərini bildirdi
Aprelin 27-də Slavyansk şəhərinə ATƏT-in süxusi nümayəndə heyəti gələrək girov götürülmüş xarici müşahidəçilərin azad olunması üçün yaraqlılarla danışıqlar aparır. Fotoda ATƏT nümayəndəsi azad olunmuş İsveç müşahidəçisi ilə yaraqlıların qərargahından çıxır
Aprelin 27-də Rusiya TV kanallarında 3 Ukrayna hərbçisinin görüntüləri yayıldı. Üzərilərində işgəncə əlaməti olan bu şəxslər Ukrayna xüsusi orqanlarının əməkdaşları olduqlarını və Kramatorsk şəhərində yaraqlıalrın başçısının həbs edilməsi tapşırığını aldıqlarını deyirlər
Slavyansk yaraqlılarının girov götürdükləri Ukrayna zabitlərini şalvarsız, əlləri və gözləri bağlı şəkildə Rusiya mediasına təqdim edirlər. Ukrayna zabitləri ekran qarşısında silsilə "etiraflar" edirlər.
Ukrayna zabitlərini sorğu-suala tutan şəxs İgor Strelkov mediayaya açıqlamasında etiraf edir ki, Donbasa Krımdan gəlib. Ukrayna xüsusi orqanları onun Rusiya hərbi kəşfiyyatının zabiti olduğunu bəyan edir, bildirirdilər ki, Rusiyanın Ukraynaya qarşı hərbi təxribat əməliyyatlarına məhz o rəhbərlik edir.
Sabiq Ruisya milyarderi Mikhail Khodorkovsky aprelin 27-də Donetskdə hakimiyyəti zəbt edən rusiyameylli qüvvələrlə görüşməyə cəhd edir. Onu Rusiya prezidenti Putinin opponenti sayıdqlarından aqressiv şəxslər görüşdən imtina edir və ərazini dərhal tərk etməsini istəyirlər.
Aprelin 27-də Donetsk şəhərində Rusiyameylli qüvvələrin mitinqi keçirilib. Mitinqdə çıxış edənlər Kiyev hakimyyətinə tabe olmadıqlarını elan edir, mayın 11-də Donbassda referendum keçirəcəklərini elan ediridlər. Mitinqidən sonra bura toplaşan yüzlərlə adam Dovlət televiziyasının binasına yürüş edərək, Rusiya kanallarının yayımını bərpa etmək üçün telestansiyanı zəbt edirlər.
Ukraynanın Mariupol şəhərində də inzibati bina Rusiyameylli dəstələrin nəzarətindədir. Ukrayna təhlükəsizlikq qüvvələri ilə Azov dənizindəki bu liman şəhərində də toqquşmalar baş verir.