Slavyanskda 5 separatçı yaraqlı öldürülüb

Ukraynanın Daxili İşlər nazirliyi bildirir ki, Slavyansk şəhərində hərbi əməliyyatda rusiyapərəst yaraqlılardan 5 nəfər öldürülüb.

Slavyanskda separatçılar bütün silahsız adamlara şəhər şurasının binasını tərk etməyi tapşırıblar.

Kiyevdə rəsmilər bildirirlər ki, Mariupolda şəhər icra hakimiyyətinin binası separtaçılardan geri alınıb.