Elçin Quliyev Şəmkir Sərhəd Dəstəsində vətəndaşları qəbul edib

Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində vətəndaşların qəbulunu keçirib.

Qəbulda Samux, Qazax, Ağstafa və Şəmkir rayonundan olan 30-dan artıq vətəndaş iştirak edib.

Qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, xidmət yerinin dəyişdirilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərindən danışıblar.

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.