Sergei Lavrov Cenevrə sazişindən danışdı

Sergei Lavrov

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Ukraynaya dair Cenevrə sazişinin «yaxın gələcəkdə praktik addımlarla icra olunacağını» gözləyir.

Aprelin 18-də Ukrayna, Rusiya, Birləşmiş Ştatlar və Avropa Birliyi Ukraynanın şərqində silahlı qrupların tərksilah edilməsinə, dövlət idarələrinin boşaldılmasına razılaşıblar.

Lavrov aprelin 24-də Birləşmiş Ştatlar və Avropa Birliyini ittiham edib. Ukraynanın keçmiş prezident Viktor Yanukovych-i devrilməsilə onların ölkədə konstitusiyaya zidd «rəngli inqilab» təşkil etdiyini bildirib.

O, Ukraynanın Rusiyaya qarşı «geosiyasi oyunda piyadaya» çevrildiyini söyləyib.

Bundan əvvəl ABŞ prezidenti Barack Obama Rusiyanı Cenevrə sazişinə əməl etməməkdə ittiham edib.