Gədəbəyə dolu yağıb

-

Bu barədə rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Bildirilib ki, aprelin 22-də günorta saatlarında başlayan yağış sonradan doluya çevrilib.

Dolu əsasən Gədəbəyin Zəhmət, Maarif, Slavyanka kəndləri, eyni zamanda digər dağətəyi zonalarda müşahidə olunub.


Hazırda evlərə və təsərrüfatlara dəyən ziyan hesablanır.