"Şəhid adıyla basdırdılar, sonra intihar edib dedilər"

Sizin brauzer HTML5-i dəstəkləmir

20 yaşlı Heybətqulu hərbi hissədəki ölümü ilə arxasında çoxlu suallar qoyub gedib. Onun milli bayraqla örtülmüş tabutunu gətirən hərbiçilər Heybətqulunun şəhid olduğunu desələr də, hərbi prokurorluq onun intihar etdiyini deyir. Ailə isə övladlarının intihar etdiyinə inanmır. Daha ətraflı reportajda.