Rusiya Krımda leqal qumar zonası yaradır

Rusiya prezidenti Putinin Rusiya parlamentinə təqdim etdiyi qanun layihəsi Krımda leqal qumar biznesi zonasının yaradılmasını nəzərdə tutur.

Bu addımın məqsədi Krıma investisiya cəlb etməkdir.

Yeni qumar zonasının sərhədlərini hakimiyyət sonradan müəyyən edəcək.

Rusiyada kazinolar 2009-cu ildə qadağan olunub. Ancaq sonradan Rusiyada 4 qumar zonası yaradıldı. Krım 5-ci belə zona olacaq.