Qazaxıstan müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

Serik Akhmetov

Aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Akhmetovun Azərbaycana səfəri başlayıb.


Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Serik Akhmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşü gözlənilir. Nümayəndə heyətinin həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyası və Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.