Ötən həftənin hadisələrinin fotoxronikası

Ermənistan prezidenti Serzh Sarkisian Hovik Abraamian-ı baş nazir vəzifəsinə təqdim edir.

Aprelin 14-də Nigeriya paytaxtı Abica şəhərinin avtobus vağzalında güclü partlayış baş verib. 70-dən artıq adamın həlak olduğu bildirlir, çoxlu yaralananlr var.

Şimali Koreyada ölkənin yaradıcısı sayılan Kim Il Sung-un ad günü gül-çiçəklə qeyd olunur

Suriyanın Hələb şəhərinin hökumət qoşunları tərəfindən bombardımanında yaralanan adam.

Cenevrədə Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyi xarici işlər nazirləri Ukraynadakı bütün qanunsuz silahlı dəstələrin buraxılması haqda razılığa gəlsələr də, Donetsk vilayətinin müxtəlif şəhərlərində inzibati binaları ələ keçirəm separatçılar barrikadaları tərk etməyə tələsmirlər. Fotoda Slavyansk şəhərindən bir görüntü.

Milli Ordu günü ilə bağlı Tehranda keçirilən hərbi paradda 'Zelzal' orta mənzilli raket sistemi.

Krım tatarları separatçıların yaratdığı Çonqar yoxlama məntəqsində öz liderləri əfsanəvi Mustafa Cemilovun Krıma gəlməsini gözləyirlər. Uzun danışıqlardan sonra Ukrayna Ali Radasının deputatı olan Cemilovun nəhayət Rusiyanın nəzarətinə keçən Krıma daxil olmasına icazə verilir. Krım tatarları yarımadanın Rusiya tərəfindən ilhaqını qəbul etmir, özlərinin referndumunu keçirməyi planlaşdırırlar

Həftəsonu xristian dünyası Pasxa bayramını qeyd edirdi. Fotoda Minsk kilsələrinin birindən dini mərasim görüntüsü