Pakistanda yol qəzasında 36 nəfər ölüb

-
Pakistanın Sind əyalətindən Kəraçiyə gedən sərnişin avtobusunun aşması nəticəsində ən azı 36 nəfərin öldüyü, 20-dən çox adamın xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumatlara görə, qəza yolun təmir olunan hissəsində baş verib.