Putin: "ABŞ-la Rusiya arasında inam Krım hadisələrindən xeyli qabaq itmişdi"

Rusiya prezidenti Putin deyib ki, ABŞ-la Rusiya arasında inam xeyli azalıb. Ancaq bu, Rusiyanın təqsiri deyil.

Putin bunu aprelin 17-də əhalidən gələn suallara cavab verərkən deyib.

O bildirib ki, etimad Krım hadisələrindən xeyli qabaq itmişdi.

Putin deyib ki. Rusiya əməkdaşlığı bərpa etmək istərdi, ancaq ABŞ ikili standartlardan istifadəni dayandırmalı, başqalarının maraqlarına və beynəlxalq qanunlara hörmət etməlidir.