Prezident Administrasiyasında yeni sektora müdir təyin olunub

Vüsal Quliyev

-
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsində yeni yaradılan Gənclər təşkilatları ilə iş sektoruna müdir təyin edilib.

Trend-in məlumatına görə, bu vəzifəyə indiyə qədər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışan Vüsal Quliyev gətirilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

Sektor gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.

Azərbaycanda 300-dək gənclər təşkilatının fəaliyyət göstərdiyi bildirilir.