Ağahüseyn Cavadov 120 illiyində yad ediləcək

Ağahüseyn Cavadov

-

Aprelin 18-də xalq artisti, tanınmış teatr və kino aktyoru Ağahüseyn Cavadovun 120 illik yubileyi keçiriləcək.

Tədbir Dövlət Film Fondunda təşkil olunacaq.

Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Xırdalan qəsəbəsində doğulub.

Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə «Səadət» məktəbini bitirib.

1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib.

Ağahüseyn Cavadov «Bəxtiyar», «Qızmar günəş altında», «Əhməd haradadır?», «O olmasın, bu olsun», «Bir qalanın sirri», «Sehrli xalat», «Görüş», «Şərikli çörək» və digər filmlərə çəkilib.

Ağahüseyn Cavadov 1981-ci il iyulun 20-də Bakıda vəfat edib.