"Yazı" içində yazılar

-

“Yazı” ədəbiyyat dərgisinin 9-cu sayı işıq üzü görüb.

Baş redaktorun qeydləri ilə açılan dərginin əvvəlində bu il Azərbaycan üçün ən böyük hadisə olan M.Ə.Rəsulzadənin 130 illiyi münasibətilə yazılar yer alıb.

“Sözümüzün yiyələri” bölümü mərhum şair Tofiq Abdinə həsr olunub.

“Bir şeir” başlığında oxucular Səlim Babullaoğlu və Azad Yaşarın, “Bir kitab şeir”də isə Bəxtiyar Hidayətin, poeziya başlığında isə Esmira Məhiqızı, Şahanə Könül, Aliyyə Əsəd, Qalib Şəfahət, Tapdıq Süleyman, Aysel Arslan, Zaur Sahil, Emil Rasimoğlu və Elıman Tovuzun şeirlərini oxuya biləcəklər.

Nəsr bölümündə Alpay Azər, Mübariz Örən, Əli Novruzov, Samir İlqaroğlu , Həmid Piri, Ramilə Qardaşxanqızı və Günel Eyvazlının hekayələri, İnqilab Orxanın “Generalın ağ göyərçinləri” uzun hekayəsi və Azad Qaradərəlinin “Cülyettanın sağ döşünə toxunmaq” romanının əvvəli verilib.

Çevirmə başlığında Alice Munro, Hilmi Yavuz, E.A.Poe-nun şeir və hekayələri, G.G.Marquez, İ.Brodski, Mo Yan və H.Murakaminin müsahibə və düşüncələri , Niyazi Misrinin mistik dünyasından nümunələr dərc olunub.

Dərginin essestika və tənqid bölümündə Rahid Ulusel, Vaqif Yusifli, Kənan Hacının elmi-tənqidi yazıları verilib. Dramaturgiya rubrikasındasa Rüstəm İbrahimbəyovun “Ultimatum” pyesi Araz Gündüzün tərcüməsində təqdim olunub.

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım”, “Qasid” və “Kaspi” yayım firmalarının köşklərindən, habelə “Zero” kitab mağazasından əldə etmək mümkündür.