Dilqəm Əhməddən iki kitab

Dilqəm Əhməd

-

Şair Dilqəm Əhməd iki yeni kitabını təqdim etdi - biri Azərbaycan, digəri Türkiyə türkcəsində.

Bakıdakı “Kitabevim” mağazasında keçirilən tədbirdə tanıdılan kitablardan biri “Muza” adlanır və orada şairin son illərdə yazdığı şeirlər toplanıb.

“Kabilden Baküye sevgi metamorfozu” kitabında isə Dilqəm Əhmədin seçilmiş şeirləri yer alıb.

Türkiyədə “Şiir vakti” nəşriyyatının çap etdiyi kitabı türk dilinə İmdad Avşar çevirib.