Ukraynada daha bir şəhərdə Rusiya bayrağı qaldırılıb [Video]
Slavyansk - 12 aprel 2014
-
Ukraynanın Slavyansk şəhər administrasiyası üzərində də Rusiya bayrağı qaldırılıb.
Bu barədə şəhər meri Shtepa Nelia məlumat verib. O, şəhər administrasiyasında 1000-ə yaxın adamın olduğunu deyib.
Bundan başqa Rusiyameylli qüvvələr şəhərin təhlükəsizlik və milis bölmələrini də tutublar.
UNIAN-ın məlumatına görə, milis bölməsində «Donetski respublikası»nın təşəbbüsçüsü olan 20-yə yaxın silahlı şəxs var. Onlar bütün milis əməkdaşlarını binadan çıxararaq bölmədə saxlanan bütün silahları ələ keçiriblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukraynada daha bir şəhərdə Rusiya bayrağı qaldırılıb