Kanadanın xarici işlər naziri Bakıya gəlir

John Baird

-
Kanadanın xarici işlər naziri John Baird aprelin 14-də Azərbaycana gələcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən AzərTac məlumat yayıb.

Məlumata görə, kanadalı nazir həmin gün Azərbaycanın xarici işlər naziri ilə birgə səfərin yekunlarına dair mətbuat konfransı keçirəcək.