İlham Əliyev Naxçıvana daha 9 milyon ayırdı

-
İlham Əliyev prezidentin ehtiyat fondundan Naxçıvana 9 milyon manat ayrılması haqqında yeni sərəncam imzalayıb.

Həmin vəsait Naxçıvan Muxtar Respublikasının Mərkəzi Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması üçün nəzərdə tutulur.

Bundan əvvəldə də - aprelin 10-da prezidentin ehtiyat fondundan Naxçıvanın sosial-iqtisadi inkişafına 5 milyon manat ayrılmışdı.