Teleaparıcı dələduzluqda günahlandırılır

İlham Mirzəyev

-
Aprelin 11-də teleaparıcı İlham Mirzəyev saxlanıb.

Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb.

Bu haqda AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

Ehsan Zahidov deyir ki, İlham Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri əsasında saxlanıb.

Şair-publisist, psixoloq, Azərbaycan Jurnalistlər İttifaqının üzvü İlham Mirzəyev daha çox Space TV-də yayımlanan «Etiraf» verilişi ilə tanınır.