Hüseyn Cavid yaradıcılığı ABŞ-da araşdırılır

Hüseyn Cavid

-

Hüseyn Cavid yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur.

H. Cavidin Ev Muzeyinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri İlahə Novruzovanın AzadlıqRadiosuna verdiyi xəbərə görə, həmin universitetin professoru Audrey L. Altstadt H. Cavid yaradıcılığının tədqiqi ilə uzun müddətdir ki məşğul olur.

Onun Beynəlxalq Dil və Ədəbiyyat jurnalının 2014-cü ilin fevralında çapdan çıxan 5-ci cildinin 1-ci sayında «Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi» adlı məqaləsi də çap olunub.

Audrey L. Altstadt 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyinin H. Cavidin 130 illik yubileyi münasibətilə keçirdiyi «Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında» adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə də edib.

Hazırda alim Hüseyn Cavidin Ev Muzeyi ilə sıx əlaqədədir və araşdırmalarını davam etdirir.

Bu universitetin əsası 1821-ci ildə qoyulub.